Digər

1709-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

29 Oct 2026, 18:23 2 baxış
1709-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1709-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 274 465 PUA-sı, 672 zenit-raket kompleksi, 31 451 tank və digər zirehli texnikası, 1 794 reaktiv yaylım atəş sistemi, 36 837 artilleriya və minaatanı, 75 893 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər