Cəmiyyət

Ceyranbatanda 8 şagird zəhərləndi

29 Oct 2026, 17:27 1 baxış
Ceyranbatanda 8 şagird zəhərləndi

16:50


Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.


Axar.az APA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.


Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.


***


Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.


Bu barədə TƏBİB-dən məlumat verilib.


Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.


Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.


Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər