Cəmiyyət
Xırdalanda təhlükəli qazıntı iddiası: "BakuBus" evlərdən cəmi yarımmetr aralıda iş aparır - Foto
Abşeron rayonunun Xırdalan şəhərində aparılan tikinti işləri sakinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Şikayətçinin sözlərinə görə, şəhərin İlham Cəfərov küçəsində "BakuBus" MMC-nin parkı üçün tikinti işləri aparılır. Ərazidə qazılan, təxminən iki metr dərinliyi olan çuxur yaşayış evlərinin arxa hissəsindən cəmi yarımmetr məsafədə yerləşir. Sakin iddia edib ki, qazıntı işləri evlərin bünövrəsi üçün təhlükə yaradır. Onun sözlərinə görə, öz evi də daxil olmaqla, ərazidəki bir neçə yaşayış evinin divarlarında çatlar əmələ gəlib.
Şikayətçi xüsusilə yağışlı havalarda vəziyyətin daha da təhlükəli olduğunu vurğulayaraq aidiyyəti qurumları məsələyə təcili müdaxilə etməyə çağırıb. O, qazıntı işlərinin yaşayış evlərinə zərər vurmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.
"BakuBus" MMC isə Xırdalan şəhərində avtobus parkının tikintisi ilə bağlı aparılan işlərin mövcud tikinti norma və qaydalarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bildirib. Şirkətin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, tikinti zamanı ərazinin xüsusiyyətləri, ətrafdakı yaşayış evləri və təhlükəsizlik tələbləri nəzərə alınır.
"Bütün işlər müəyyən edilmiş texniki standartlara və müvafiq normativ tələblərə riayət olunmaqla həyata keçirilir. Bununla yanaşı, ərazidə yaşayan sakinlərin müraciət və narahatlıqlarına həssaslıqla yanaşılır. Tikinti işləri ilə bağlı hər hansı narahatlığı və ya sualı olan sakinlərlə görüş keçirməyə, onları dinləməyə və müvafiq izahat verməyə hazırıq. Bu məqsədlə sakinlərə tikinti ərazisində fəaliyyət göstərən məsul nümayəndələrlə birbaşa əlaqə saxlamaları və narahatlıq doğuran məsələləri yerində müzakirə etmələri təklif olunur", - deyə Ə.Əliyeva bildirib.

Mənbə
oxu.az