Cəmiyyət

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

29 Oct 2026, 17:30 2 baxış
İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib.


Axar.az məktubun mətnini təqdim edir:


"Əlahəzrət,


Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Mənbə axar.az

Oxşar Xəbərlər