Digər

ABŞ-da nüvə obyektində yanğın: radiasiya sızması...

29 Oct 2026, 08:10 2 baxış
ABŞ-da nüvə obyektində yanğın: radiasiya sızması...

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Savanna-River” (SRS) nüvə kompleksinin laboratoriyasında baş verən yanğın radiasiya sızmasına və ərazidə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə yerli “Nyus 12” telekanalı məlumat yayıb.


Bildirilib ki, hadisə çərşənbə günü axşam saatlarında qeydə alınıb.


Kompleksin rəhbərliyi vurğulayıb ki, laboratoriyanın otaqlarından birində yanğın baş verib və nəticədə yer səviyyəsində filtrlənməmiş radiasiya emissiyası qeydə alınıb.


Bununla yanaşı, kompleksin rəhbərliyi radioaktiv çirklənmənin laboratoriyanın zədələnmiş binasından kənarda və nüvə kompleksinin sərhədləri daxilində digər ərazilərdə aşkar edilmədiyini açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər