Cəmiyyət

Bayramov Pərviz Abubəkirovun yerinə onu gətirir

29 Oct 2026, 09:52 2 baxış
Bayramov Pərviz Abubəkirovun yerinə onu gətirir

Səhiyyə Nazirliyinin mətbuat xidmətində kadr yeni kadr dəyişikliyi olub.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.


Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.


Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib


Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.


Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər