Digər

Senatordan çağırış: Tankerləri geri göndərin!

29 Oct 2026, 09:08 4 baxış
Senatordan çağırış: Tankerləri geri göndərin!

ABŞ senatoru Riçard Blümental gəmiçilik şirkətlərini Rusiya dizel yanacağı daşıyan gəmiləri geri qaytarmağa çağırıb. O, bu daşımaların qanunsuz olduğunu bildirib.


Axar.az xəbər verir ki, bu barədə senator X-də paylaşım edib.


Senator qeyd edib ki, onun mesajı ABŞ limanlarına qanunsuz Rusiya dizel yanacağı daşıyan tankerləri olan gəmiçilik şirkətlərinə ünvanlanıb.


"Hələ vaxt var ikən kursu dəyişdirin", - o vurğulayıb.


Blümental bildirib ki, “Agioi Fanendes” tankeri ABŞ-a təxminən Rusiyadan 40.000 ton dizel yanacağı daşıyır və o, gəmiçilik şirkətini gəmini geri qaytarmağa çağırıb.


Senator Yunanıstanın “Eastern Mediterranean Maritime Limited” (EASTMED) şirkətinin direktoru Athanasios Martinosa ünvanlanmış məktubu da dərc edib.

Mənbə axar.az

Oxşar Xəbərlər