Dünya
Türkiyəli futbolçularla Sergen Yalçın arasında gərginlik
Türkiyə millisinin baş məşqçisi Sergen Yalçınla bəzi futbolçular arasında gərginlik yaşandığı iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sercan Hamzaoğlu məlumat verib. Jurnalistin sözlərinə görə, millidə əsas heyətdə çıxış edən iki-üç futbolçu Sergen Yalçının və onun köməkçisinin zənglərinə cavab vermir. Buna səbəb kimi Sergen Yalçının şərhçilik etdiyi dövrdə həmin oyunçular haqqında sərt fikirlər səsləndirməsi göstərilir. Hamzaoğlu bildirib ki, hadisənin şahidi olduğu vaxt yanında olan bir futbolçu Sergen Yalçının zənglərinə cavab vermək istəmədiyini deyib. Həmin oyunçu Yalçının vaxtilə ekranlardan onun haqqında sərt danışdığını xatırladaraq, belə bir şəxsin baş məşqçisi olmasını qəbul etmədiyini bildirib. Jurnalistin iddiasına görə, bir neçə futbolçu hazırda Sergen Yalçına qarşı narazılıq nümayiş etdirir. Onlardan bəziləri milliyə qoşulub məşqlərdə iştirak etsələr belə, baş məşqçi ilə ünsiyyət qurmaq istəmədiklərini ifadə ediblər.
Mənbə
oxu.az