Digər
İki təyyarə toqquşdu: pilotlardan biri öldü
Uruqvayda təlim uçuşu zamanı iki təyyarə toqquşub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) bəyanatında bildirilib.
Hadisə cənubdakı Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib. İki kiçik təyyarə havada toqquşub.
Uruqvay HHQ-dən bildirilib ki, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb, nəticədə pilot həlak olub. Digər təyyarənin pilotu xəsarət almayıb.
"Həlak olan pilotun 58 yaşı var idi, o, istefada olan HHQ zabiti olub", - bəyanatda bildirilib.
Mənbə
axar.az