İdman

"Mançester Siti" "Brayton"u penaltilərlə üstələdi - Video

29 Oct 2026, 01:42 4 baxış
"Mançester Siti" "Brayton"u penaltilərlə üstələdi - Video
"Mançester Siti" İngiltərə Liqa Kubokunun 1/8 final matçında "Brayton"a penaltilər seriyasında qalib gəlib - 2:2 (4:3). Oxu.Az xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda baş tutub.

Qonaqların yarımmüdafiəçisi Malik Junior Yalkuye 30-cu dəqiqədə hesabı açıb. Meydan sahibləri fasiləyə az qalmış cavab qolunu vurublar - Mateo Kovaçiç fərqlənib. İkinci hissənin əvvəlində "Brayton" yenidən irəli keçib - Jorjinyo Rütter qol vurub. 72-ci dəqiqədə "Siti" Vitor Reysin qolu sayəsində hesabı bərabərləşdirib. Penaltilər seriyasında isə "Siti" futbolçuları daha dəqiq oynayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər