Kriminal
Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
Oktyabrın 28-də Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq yıxılaraq ölüb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində qeydə alınıb.
Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən azyaşlını müvəqqəti olaraq qonşusuna tapşırıb.
Qadın geri qayıdarkən övladının pilləkəndən yıxılaraq öldüyünü görüb. Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.
Hadisə zamanı azyaşlının atası işdə olub.
Uşağın hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.
Mənbə
axar.az