İdman
DÇ-2026-da bilet satışı FIFA-ya gözləniləndən daha çox gəlir gətirib
Futbol üzrə 2026-cı il dünya çempionatı FIFA-ya gözləniləndən daha çox gəlir gətirib. Oxu.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, təşkilat bilet satışından təxminən 5 milyard dollar vəsait cəlb edib. Bu göstərici 2022-ci ildə Qətərdə keçirilən turnirin gəlirlərindən (929 milyon dollar) təxminən 5 dəfə çoxdur. Qeyd edək ki, FIFA ilkin olaraq büdcədə cəmi 3.3 milyard dollar gəlir nəzərdə tutmuşdu. DÇ-2026-dan əldə olunan ümumi gəlir isə təxminən 15 milyard dollar təşkil edib. Builki çempionatda oyunların sayı Qətərdəki ilə müqayisədə 40 matç çox olub - 64 deyil, 104 qarşılaşma keçirilib. Bununla belə, gəlirlərin kəskin artması daha çox biletlərin dinamik qiymət siyasəti və FIFA-nın öz platformasında həyata keçirilən təkrar satışlardan götürdüyü 30 faizlik komissiya haqqı ilə bağlıdır.
Mənbə
oxu.az