İdman

"Yuventus" səfərdə "Cenoa"ya uduzdu - Video

29 Oct 2026, 01:46 3 baxış
"Yuventus" səfərdə "Cenoa"ya uduzdu - Video
"Yuventus" İtaliya çempionatının IX turunda səfərdə "Cenoa"ya 2:0 hesabı ilə məğlub olub. Oxu.Az xəbər verir ki, görüşdə hesab 12-ci dəqiqədə açılıb. Tommazo Baldantsinin ötürməsindən sonra Kinqsli Ehizibue fərqlənib.

28-ci dəqiqədə isə Baldantsi özü qol vuraraq "Cenoa"nın üstünlüyünü iki topa çatdırıb. Bu nəticədən sonra 14 xalı olan "Yuventus" A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Xallarının sayını 10-a çatdıran "Cenoa" isə 13-cü sıraya yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər