Digər
İspaniyada iki qatar toqquşdu: 39 nəfər öldü
13:25
İspaniyanın Kastiliya-La-Mança muxtar vilayətinin mərkəzi Toledoda Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.
Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.
Bildirilib ki, xəsarət alanların sayı çoxdur.
***
İspaniyada qatarların toqquşması nəticəsində ən azı 39 nəfər həlak olub.
Bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Antenne3" telekanalı məlumat yayıb.
Bildirilib ki, ən azı 4 vaqon aşıb.
Mənbə
axar.az