Bunu yalnız Rusiya və Ukrayna liderləri müzakirə edə bilər
Rusiya ilə ərazi məsələsini liderlər səviyyəsində müzakirə etməyə hazırıq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Ərazi məsələsini müzakirə etməyə hazırıq, çünki Rusiya tərəfi daim bu məsələnin müzakirəsində israr edir və onu gündəliyə daxil edir. Ancaq bunun üçün müvafiq səviyyədə görüşlər keçirilməlidir. Bu, hansısa sənəd layihələri və ya ilkin danışıqlar çərçivəsində həll edilə biləcək məsələ deyil. Tərəfdaşlarımız ərazi məsələsinin müzakirəsinə dərindən müdaxilə edə bilməzlər, çünki bunun Kiyev üçün qırmızı xətt olduğunu bilirlər. Bu məsələ yalnız müharibə aparan dövlətlərin liderləri arasında, ən yüksək səviyyədə müzakirə oluna bilər. Başqa heç kimin belə bir səlahiyyəti yoxdur”, – o bildirib.