Dünya

Tramp Putin və Zelenski ilə görüşəcəyini açıqladı

28 Oct 2026, 12:32 4 baxış
Tramp Putin və Zelenski ilə görüşəcəyini açıqladı
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə yaxın zamanlarda görüş keçirməyə ümid etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Texas ştatından qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında mətbuat nümayəndələri ilə söhbəti zamanı Tramp belə qeyd edib: "Düşünürəm ki, Rusiya ilə - Rusiya və Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edirik. Tezliklə bir görüş təşkil olunacaq. Hesab edirəm ki, böyük irəliləyiş var". Görüşün kimlərlə planlaşdırıldığı barədə dəqiqləşdirici suala isə ABŞ lideri belə cavab verib: "Prezident Putin və Prezident Zelenski ilə".
Mənbə oxu.az

Oxşar Xəbərlər