Cəmiyyət
Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
Abşeron rayonunun Xırdalan şəhərində, Mehdi Hüseynzadə küçəsində yerləşən səkkizmərtəbəli binanın sakinləri qaz təminatı problemi ilə üzləşiblər. Vətəndaşların iddiasına görə, onlar ötən il binanın qazlaşdırılması üçün Yusif adlı şəxsə ümumilikdə 31 min manat ödəyiblər. Lakin bir ildən çox vaxt keçsə də, binaya hələ də qaz verilməyib. Problemin həlli üçün sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək şikayətlərinin işıqlandırılmasını istəyiblər.
"Yusif Qiyasov 2025-ci il oktyabrın 21-də "Hədəf Tikinti Quraşdırma" MMC-nin ofisində binanı qazla təmin edəcəyini vəd etmişdi. Həmin ofisdə əvvəlcə ona 8 min manat ödədik və müqavilə bağladıq. Daha sonra hər bir sakindən 1 200 manat toplayaraq vəsaitin böyük hissəsini Yusif Qiyasova təqdim etdik. Lakin o, binanı qazla təmin etmədi. Hazırda mən də daxil olmaqla, 44 sakin bu vəziyyətdən narazıdır. Ödədiyimiz vəsaitin aqibətindən də xəbərimiz yoxdur", - sakinlərdən biri bildirib. "Bir ildən çoxdur bizi get-gələ salırlar. Qışda evdə soyuqdan donuruq. Elektrik enerjisinə görə 120-150 manat ödəyirik, amma evimiz yenə də isinmir", - digər şikayətçi deyib.

Mənbə
oxu.az