Digər

Bolqarıstanda seçkilər: Yotova I turda qalib gəldi

26 Oct 2026, 00:46 2 baxış
Bolqarıstanda seçkilər: Yotova I turda qalib gəldi

Hazırkı prezident İliyana Yotova Bolqarıstanda keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib.


Axar.az xəbər verir ki, “Alpha Research” və “Myara” agentlikləri tərəfindən aparılan ekzit-poll nəticələrinə görə, Yotova səslərin təxminən 35,3%-ni toplayıb.


Onun əsas rəqibi, müxalifət tərəfindən dəstəklənən texniki hökumətin keçmiş baş naziri Andrey Qyurov səslərin təxminən 32%-ni toplayıb. Yotova və Qyurov 1 noyabrda keçiriləcək səsvermənin ikinci turunda iştirak edəcəklər.


"Diriliş" siyasi partiyasının namizədi Kostadin Kostadinov səslərin təxminən 13%-ni toplayaraq üçüncü yeri tutub.


Bildirilib ki, ölkədə rekord dərəcədə aşağı seçici fəallığı qeydə alınıb.


Sorğulara görə, səsvermə hüququ olan seçicilərin təxminən 22,3%-i iştirak edib ki, bu da Bolqarıstan seçkilərində ən aşağı göstəricidir.

Mənbə axar.az

Oxşar Xəbərlər