İdman

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

25 Oct 2026, 09:20 3 baxış
FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. Oxu.Az xəbər verir, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv eyni gündə iki matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya millisi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Xatırladaq ki, Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər