Digər

Tramp Obamaya cavab verdi: Bacarıqsız prezident...

25 Oct 2026, 13:26 3 baxış
Tramp Obamaya cavab verdi: Bacarıqsız prezident...

Obama son dərəcə bacarıqsız prezident idi! O, İrana milyardlarla dollar ödədi və onlara nüvə silahına gedən yolu açdı.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“O, saxtakar Hillari Klintonun qalib gələcəyini söylədi, onun üçün var gücü ilə təbliğat apardı, lakin Klinton hər cəhətdən məğlub oldu. Daha sonra o, Kamala üçün də bütün gücünü ortaya qoyaraq təbliğat apardı, amma nəticə eyni oldu – Kamala da uduzdu.


İndi isə o, yəhudilərə, qaradərililərə, amerikalılara və şəxsən mənə – Trampa nifrət edən, "Müsəlman Qardaşları" təşkilatından olan bir cihadçı üçün təbliğat aparır. O da uduzacaq”, - Tramp bildirib.


Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkənin son iki ilinin xaos, qəddarlıq və korrupsiya ilə yadda qaldığını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər