Mədəniyyət

Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto

25 Oct 2026, 11:20 2 baxış
Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto
Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisinin açılışı olub. Layihədə Cəbrayıl Quliyev, Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanov iştirak edirlər. Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub. Oxu.Az xəbər verir ki, sərginin açılışında çoxsaylı qonaqlar, o cümlədən tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Ziyarətçilər layihənin konsepsiyasını, məkanın qeyri-adi seçimini və müasir incəsənətin Nəbatat Bağının təbii mühiti ilə vəhdətini yüksək qiymətləndiriblər.
Tədbiri sərginin kuratoru Sofiya Frank açaraq qonaqlara layihənin konsepsiyası və istixanada nümayiş olunan rəssam işləri haqqında məlumat verib. O, bunun Bakı Mərkəzi Nəbatat Bağında keçirilən ilk konseptual sərgi olduğunu vurğulayıb. Kurator layihəyə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə, Nəbatat Bağının rəhbərliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Açılışda mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək bildirib ki, paytaxtda sərginin keçirilməsi üçün çoxsaylı qalereyalar olsa da, bu layihə üçün Nəbatat Bağının istixanası kimi qeyri-adi məkan seçilib. Onun sözlərinə görə, kurator və rəssamlar incəsənətlə təbiəti birləşdirərək qarşıya qoyulan vəzifənin öhdəsindən uğurla gəliblər. "İstixanaya çatmaq xeyli vaxt aparır, lakin buraya gələnədək Nəbatət Bağında çoxlu gözəllik gördüm. Bu məkanın seçilməsinə görə minnətdaram, çünki burada təbiətdən zövq almaq mümkündür", - deyə Cahangir Səlimxanov bildirib.
Sərgi bitki dünyasının metaforası vasitəsilə miqrasiya, assimilyasiya, kimlik və yeni vətən axtarışı mövzularına müraciət edir. Dünyanın müxtəlif guşələrindən gətirilən bitkilər yeni iqlimə uyğunlaşır, vahid ekosistemdə yanaşı yaşayır və mənşələri ilə əlaqələrini qoruyaraq tədricən yeni landşaftın bir hissəsinə çevrilirlər. Bu proses insan təcrübəsinin - ev axtarışının, yad mühitə uyğunlaşmanın və öz köklərini qorumağın əks-sədası kimi təqdim olunur.
Rəssamlar sərginin konsepsiyasını müxtəlif bədii vasitələrlə açırlar. Emin Mathers SOLARFLORA adlı fotoqrafiya seriyasında bitkilərin işığa doğru hərəkətini həyat mənbəyinin axtarışının metaforası kimi araşdırır.
Cəbrayıl Quliyev müxtəlif ölkələrdən əldə edilən ağac materiallarından istifadə edərək intarsiya texnikasında əsərlər yaradır. Təbii rəng və fakturaların birləşməsi yaddaş və mənşə haqqında bədii kompozisiyalara çevrilir.
Nərgiz Ramizqızı isə nano-art seriyasında tarixi müxtəlif mədəniyyətlər və qitələr arasında hərəkətlə bağlı olan zəfəranın mikroskopik quruluşunu tədqiq edir.
Ramil Əliyevin canlı bitkilərdən ibarət installyasiyaları dəyişən sərhədlər, yaddaş və uyğunlaşma mövzularına həsr olunub. Ramil Əliyev və Ceyhun İmanovun birgə hazırladıqları "Miqrantla müsahibə" adlı əsər toxumların hərəkətini və köklərin böyüməsini sabitlik və yeni əlaqələr axtarışının metaforası kimi təqdim edir. Bu əsərlər bütövlükdə insanın keçmişi ilə əlaqəsini itirmədən yeni bir ev tapa bilməsinin mümkünlüyü haqqında düşünməyə dəvət edir.
Sərgi çərçivəsində bir sıra tematik tədbirlər də keçiriləcək. Oktyabrın 31-də saat 14:00-da Nərgiz Ramizqızı nano-tur, noyabrın 7-də saat 14:00-da Emin Mathers foto-tur təşkil edəcək. Noyabrın 14-də saat 14:00-da Ramil Əliyev botanika turu keçirəcək. Noyabrın 21-də saat 14:00-da isə Cəbrayıl Quliyevlə görüş və sərginin bağlanışı baş tutacaq. Sərgi noyabrın 21-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir. Bakı Mərkəzi Nəbatat Bağının ərazisinə giriş haqqı 2 manatdır.
{{gallery}}
Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto Mərkəzi Nəbatat Bağında ilk dəfə konseptual "Torpaq" sərgisi keçirilir - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər