Digər
Serbiyada seçkilər: Vuçiç “Tələbələr”ə qarşı
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Serbiyanın Respublika Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, parlamentin 250 yeri uğrunda 19 siyasi qüvvə mübarizə aparacaq.
Əsas mübarizə keçmiş prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi "Birləşmiş Serbiya" koalisiyası ilə "Tələbə Siyahısı — Tələbələr Qalib Gəlir" adlı vətəndaş qrupu arasında gedəcək.
Məlumata görə, ümumilikdə 6.5 milyon seçici qeydə alınıb. Bir nəfərin təkrar səs verməsinin qarşısının alınması üçün səsvermədən əvvəl seçicinin barmaqları ultrabənövşəyi lampa altında yoxlanılır.
Mənbə
axar.az