Mədəniyyət
Zeytun Festivalının ikinci günü: "Gənclər və ruhu gənc olanlar əylənirlər" - Foto
"Festival möhtəşəm keçir, gənclər və ruhu gənc olanlar əylənirlər". Bunu Oxu.Az-a açıqlamasında reper, mahnı müəllifi Orxan Zeynallı bildirib. O, bu gün Dənizkənarı Milli Parkda keçirilən Zeytun Festivalının ikinci günündə səhnəyə çıxıb.
"Belə kütləvi tədbirlərdə çıxış etmək və insanların sevgisini görmək xoşdur. Bu, insana əlavə məsuliyyət hissi verir və işləməyə davam etməyin vacibliyini xatırladır. Gələn ay konsertlərimizdə daha böyük coşqu olacaq. Bu da mənə əlavə güc və enerji verir. Hazırda özümü xoşbəxt hiss edirəm. Dinləyicilərimə və təşkilatçılara təşəkkür edirəm", - deyə Orxan Zeynallı bildirib.
Festivalın növbəti qonağı olan müğənni Mərdan Kazımov da Oxu.Az-a açıqlamasında tamaşaçıların enerjisinin onu daha yaxşı ifa etməyə həvəsləndirdiyini deyib. "Festival həqiqətən möhtəşəmdir. Gələn hər kəsə təşəkkür edirik. Ölkəmizdə belə festivallar çox olsun, biz də iştirak edək", - deyə Mərdan Kazımov bildirib.

Mənbə
oxu.az