Kriminal
Erməni Alla Puqaçovanın brendini əlindən aldı
SSRİ və Rusiya estradasının canlı əfsanəsi Alla Puqaçova 1997-ci ildən sahib olduğu “Kristina” brendini itirib.
Kult.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Novıy Urenqoy şəhərindən olan şirniyyatçı Kristina Martirosyan həmin ad altında öz hazırladığı tortları satması üçün Puqaçovanı məhkəməyə verib.
“Müğənni təxminən altı ay ərzində bu brendi qoruyub saxlamaq uğrunda mübarizə apardı. Nəticədə Puqaçova məhkəmədə uduzdu və Martirosyana "Kristina" adını öz brendi kimi qeydiyyatdan keçirməyə icazə verildi”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az