Digər

MKİ hazırda Ukraynaya daha çox kömək edir

25 Oct 2026, 11:27 2 baxış
MKİ hazırda Ukraynaya daha çox kömək edir

Donald Trampın dövründə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ağ Evdən gələn təzyiqlərə baxmayaraq, Ukraynaya Rusiyaya zərbələr endirməkdə Bayden dövründəkindən daha fəal şəkildə kömək edir.


Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri məlumat yayıb.


“MKİ direktoru Con Retkliff şəxsən Moskvaya gedib və rus kəşfiyyat xidmətlərinə bildirib ki, Rusiya qalib gəlməyəcək. O, Rusiyanın irəliləyişinin əhəmiyyətsiz olaraq qaldığını açıq şəkildə bəyan edib”, - nəşr bildirib.


Qeyd olunub ki, Kiyev MKİ direktoruna inanır və onun Trampa müharibə ilə bağlı həqiqəti söylədiyinə ümid edir:


“ABŞ kəşfiyyatı Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməkdə kömək etməyə davam edir. Baltikyanı ölkələrdən birindəki kəşfiyyat mənbəsinin verdiyi məlumata görə, MKİ Rusiyaya qarşı Bayden administrasiyası dövründəkindən daha sərt mövqe tutmağa başlayıb.


Lakin bir məqam var: əgər Tramp Ukraynaya göstərilən kəşfiyyat dəstəyinin dayandırılması barədə əmr verərsə, MKİ direktoru bu əmri yerinə yetirəcək. Hazırkı məqamda isə ABŞ öz dəstəyini rəsmi olaraq dayandırmayıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər