Digər

ABŞ-ın son 2 ili: xaos, qəddarlıq, korrupsiya - Obama

25 Oct 2026, 11:44 3 baxış
ABŞ-ın son 2 ili: xaos, qəddarlıq, korrupsiya - Obama

ABŞ-da son iki il xaos, qəddarlıq və korrupsiya ilə yadda qalıb.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama Demokratlar Partiyasının seçki kampaniyası zamanı çıxışında deyib.


Obama Trampın bir sıra yanlış qərarlar qəbul etdiyini, xüsusilə də İranda heç kimin istəmədiyi və heç kimin səs vermədiyi lazımsız bir müharibəyə başladığını iddia edib.


O, ABŞ tarixində heç vaxt açıq-aşkar fırıldaqçılıqda bu qədər uğur qazanmış bir prezidentin olmadığını bildirib, Tramp administrasiyasını axmaqlıqda və bacarıqsızlıqda günahlandırıb.


Keçmiş prezident həmçinin qeyd edib ki, Tramp Amerika xalqının maraqlarından daha çox, Ağ Evin təmiri və interyeri ilə məşğuldur.


"O, Ağ Evi elə bir hala salıb ki, sanki Səddam Hüseyn orada “Cheesecake Factory” (restoran şəbəkəsi) açıb. Hər yer qızılla doludur", - Obama bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər