Dünya
Ər-Riyadda ardıcıl partlayışlar baş verib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə partlayış səsi eşidilib. Oxu.Az "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, şəhərdə azı üç partlayış qeydə alınıb. Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, alyans qüvvələri Yəməndəki qiyamçı "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış ballistik raketi aşkarlayaraq zərərsizləşdiriblər. Məlumata görə, zərərsizləşdirilən raket koalisiya qüvvələri tərəfindən gecə ərzində vurulan azı üçüncü hava hədəfi olub.
Mənbə
oxu.az