Dünya
Filippində iki təyyarə toqquşdu: Dörd pilot həlak oldu - Video
Filippinin Batangas əyalətində həyata keçirilən təlim uçuşu vaxtı iki "SF-260" tipli təyyarənin qəzaya uğraması dörd hərbi pilotun ölümü ilə nəticələnib. Oxu.Az xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" nəşri ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) istinadən məlumat yayıb.
Hadisənin başvermə səbəbləri tam aydınlaşdırılana qədər Filippin HHQ donanmasındakı bütün "SF-260" təyyarələrinin istismarını müvəqqəti dayandırmaq qərarına gəlib. Qurumdan verilən açıqlamaya əsasən, qəza cümə günü Lipa şəhərində yerləşən Fernando hərbi aviabazasının ərazisində qeydə alınıb.

Mənbə
oxu.az