İdman

Astanada 4 erməni güləşçi sıradan çıxarıldı

24 Oct 2026, 13:46 2 baxış
Astanada 4 erməni güləşçi sıradan çıxarıldı

Qazaxıstanın paytaxtı Astanada başlayan yunan-Roma güləşi üzrə dünya çempionatında Ermənistanın 4 təmsilçisi titul uğrunda mübarizədən kənarlaşdırılıb.


Axar.az xəbər verir ki, Norayr Akoyan (55 kq) 1/8 finalda dünya çempionu Vaxtanq Loluiyə (Gürcüstan) 1:2 hesabı ilə uduzub.


60 kq çəki dərəcəsində hazırkı Avropa vitse-çempionu Suren Ağacanyan 1/8 finalda yaponiyalı Koto Qomiyə 4:12 hesabı ilə məğlub olub.


Həmçinin ikiqat dünya və beşqat Avropa çempionu, 77 kq çəki dərəcəsində çıxış edən Malxas Amoyan 1/8 finalda Qazaxıstan təmsilçisi Merey Maulitkanova, 82 kq çəki dərəcəsində çıxış edən Samvel Qriqoryan isə seçmə mərhələdə rusiyalı Qamzat Hacıyevə 1:2 hesabı ilə uduzub.


Məğlub olduqları güləşçilər finala vəsiqə qazanarsa, Ermənistan güləşçiləri bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər