Dünya
Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmiş vədlər, korrupsiya və seçilmiş bir qrupun imtiyazlı həyatı səbəbindən yaranan məyusluq. MKİ ilə gizli tərəfdaşlıq quraraq arzulanan dəyişikliklərə nail olmaq üçün bu fürsəti dəyərləndirin", - deyə o, paylaşımda qeyd edib. Rubio, həmçinin vurğulayıb ki, adada "müsbət dəyişikliklər" etmək istəyənlər üçün indi "ən əlverişli vaxt"dır. Xatırladaq ki, daha əvvəl, oktyabrın 23-də ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrandan sonra Kubada "qısa bir dayanacaq" edəcəyini bəyan etmişdi.
Mənbə
oxu.az