Kriminal

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto

24 Oct 2026, 13:28 2 baxış
Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto
Bakıda məşhur tikinti şirkəti yaşıllıq zolağını məhv edir. Bu barədə Oxu.Az-a vətəndaş Elçin Xəlilzadə müraciət edib. Şikayətçi bildirir ki, yaşadığı Nərimanov rayonu, Əlizadə küçəsində yaşıllıq zolağı var və həmin yaşıllıq zolağı hasarlanaraq məhv edilib: "303 saylı uşaq bağçası ilə üzbəüz ərazidən gedir söhbət. Həmin ərazi bir müddət əvvəl məşhur tikinti şirkəti olan "Premium Residence" MTK tərəfindən hasarlanıb. Daha sonra isə həmin ərazidəki uzunömürlü ağaclar məhv edilməyə başlanıldı. Hazırda ərazidə ağacların kütləvi qırılması gedir. Ağaclar gecə saat 3-də kəsilir, doğranır və ərazidən uzaqlaşdırılır. Bu proses hər gün davam edir. Dünən daha bir ağacı kəsiblər. İrigövdəli ağac kəsilərkən qırılıb mənim avtomobilimin üzərinə düşüb. Avtomobilimə ciddi ziyan dəyib. Məsələ ilə bağlı MTK-ya müraciət etmişəm. Mənə MTK-dan bildiriblər ki, təbii fəlakətdir". Şikayətçi iddia edir ki, hazırda ağacların kütləvi qırılması davam etdirilir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər