Kriminal

Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış

24 Oct 2026, 13:40 3 baxış
Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə Oxu.Az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur: "Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı".
Mənbə oxu.az

Oxşar Xəbərlər