Kriminal

Cavid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı

23 Oct 2026, 16:03 3 baxış
Cavid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı

Azərbaycan əsilli rusiyalı müğənni Coniyə (Cahid Hüseynli) nadir irsi xəstəlik - Aralıq dənizi qızdırması diaqnozu qoyulub.


Kult.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.


“Genetik test 30 yaşlı Hüseynlidə yüksək hərarət, əzələ, oynaq və qarın ağrısı tutmalarına səbəb olan genetik Aralıq dənizi qızdırması xəstəliyini aşkar edib. Orqanizm infeksiya olmadığı halda belə, yalançı iltihabi tutmalar yaradır. Xəstəlik ən çox Aralıq dənizi regionu və Cənubi Qafqaz sakinləri arasında yayılıb. Təxminən hər 500–1000 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Müğənni müalicəyə başlayıb. Əvvəlcə vəziyyəti yaxşılaşsa da, sonradan səhhəti yenidən pisləşib. Hazırda həkimlər Hüseynlini ev şəraitində müalicə edirlər”, - məlumatda deyilib.


Coninin nümayəndələri isə kanala açıqlamalarında onun səhhətində heç bir problem olmadığını bildiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər