Cəmiyyət
Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda bədbəxt hadisə baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.
Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.
Mənbə
axar.az