Kriminal

Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya

23 Oct 2026, 15:34 2 baxış
Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkarlanıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, faktla bağlı TTM-in ("Salyanski kazarma" kimi də tanınır - red.) əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 200 min manatdan çoxdur. Təqsirləndirilən şəxslərdən Rəşad Məlikzadə bundan 2 il əvvəl də 9 milyonluq böyük mənimsəmədə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. İndi isə onunla bağlı başqa epizodlar ortaya çıxıb. Digər 6 nəfərdən isə yalnız İbadulla Əliyev həbsdədir. Digərləri barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib. Yekunda təqsirli bilinsələr və dövlətə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən zabitləri 10 ilə qədər həbs gözləyir. Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla sinif yoldaşı olduqları, uşaqlıqdan dostluq etdikləri bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər