Digər
Rusiya və Ukrayna atəşkəsə razılaşdı – Ağ Ev
Rusiya və Ukrayna arasında Oleşki səhərində lokal atəşkəs elan ediləcək.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, atəşkəsin ərsəyə gəlməsi ABŞ-ın birinci xanımı Melaniya Trampın sayəsində baş tutub.
Qeyd olunub ki, lokal xarakterli atəşkəs oktyabrın 29-dan başlayacaq.
Melaniya Trampın atəşkəsin bərqərar olması məqsədilə Rusiya və Ukraynanın siyasi rəhbərliyi ilə birbaşa çalışdığı xüsusi qeyd olunub.
Qeyd edək ki, Rusiyanın nəzarətində olan Oleşki şəhəri Ukraynanın cənubunda, Xerson vilayətində yerləşir. Müharibədən əvvəl burada 24 min əhali yaşayıb, indi onların sayı təxminən 1700-2000 ətrafındadır.
Mənbə
axar.az