İdman
La Liqada hakimlər barədə yeni qərar verildi
İspaniya La Liqasında hakimlər XI turdan etibarən oyunlardan sonra jurnalistlərin suallarını cavablandıracaqlar. Oxu.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşrinin jurnalisti Ramon Fuentes məlumat yayıb. Onun sözlərinə görə, hər turun iki qarşılaşmasından sonra hakimlər çempionatın yayım hüquqlarına sahib olan "Movistar" və DAZN telekanallarının efirində müsahibə verəcəklər. Yeniliyin tətbiqi La Liqa, İspaniya Kral Futbol Federasiyası, Fran Sotonun rəhbərlik etdiyi Hakimlər Komitəsi və hakimlər həmkarlar ittifaqı arasında əldə olunan razılaşma çərçivəsində həyata keçiriləcək. Qeyd edək ki, cari mövsümdən etibarən İspaniyada hakimlər bəzi oyunlardan əvvəl də müsahibə verirlər. Bundan əlavə, qarşılaşmalardan öncə hakimlərin paltardəyişmə otaqlarında televiziya kameralarının çəkiliş aparmasına icazə verilib.
Mənbə
oxu.az