Kriminal
Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü
Salyan rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində baş verib. Belə ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətində yerləşən istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyan vurması nəticəsində həyatını itirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az