Kriminal

Salyanda mikroavtobus yanaraq kül oldu - Video

23 Oct 2026, 10:36 3 baxış
Salyanda mikroavtobus yanaraq kül oldu - Video
Ələt-Astara magistral yolunda avtomobil yanıb. Oxu.Az xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes Vito" mikroavtobusu qəfil alışıb. Hadisə nəticəsində avtomobil tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Avtomobildəki şəxslərin Masallı rayonundan hüzur mərasimindən qayıtdıqları bildirilib. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər