Cəmiyyət
Siyavuş Novruzov: "Hərbi qanunvericilik yenilənsin" - Foto
"Biz "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməni, həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunları yeniləməliyik". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dəfələrlə sözügedən qanunverici sənədlərə dəyişiklik olunub: "Hesab edirəm ki, Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalıdır və bu, tam o standartlara uyğunlaşmalıdır. Elm sahəsi barədə bizdə qanun yoxdur, gündəliyə daxil edirik. Burada müəyyən məsələlər var ki, həm köhnədən qalır, həm yenilər əvəz olunmalıdır. Əgər biz ordumuzu NATO standartları ilə uyğunlaşdırırıqsa, onların nizamnaməsini də, standartlarına cavab verən qanunu da qəbul etməliyik".

Mənbə
oxu.az