İdman

"Mançester Yunayted"də baş məşqçi postuna yeni namizədlər var

23 Oct 2026, 12:44 2 baxış
"Mançester Yunayted"də baş məşqçi postuna yeni namizədlər var
"Mançester Yunayted"in idman direktoru Ceyson Uilkoks komandanın baş məşqçisi postunda Eddi Haunu görmək istəyir. Oxu.Az İngiltərə mediasına istinadən xəbər verir ki, Maykl Kerrikin vəzifəsindən ayrılacağı təqdirdə, Uilkoks "Nyukasl Yunayted"in sabiq çalışdırıcısının təyinatını dəstəkləyəcək. Onun seçimində Haunun İngiltərə Premyer Liqasındakı təcrübəsi əsas amillərdən biridir. Məlumata görə, klubun ortaq sahibləri Cim Retkliff və Qleyzer ailəsi baş məşqçi ilə bağlı qərar verərkən Uilkoksun fikrinə transferlər üzrə direktor Kristofer Vivellin mövqeyindən daha çox üstünlük verə bilərlər. Vivellin isə bu vəzifəyə Yulian Nagelsmanın gətirilməsini istədiyi bildirilir. Qeyd edək ki, Eddi Hau 2021-2026-cı illərdə "Nyukasl Yunayted"ə rəhbərlik edib. Onun başçılığı altında komanda 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər