Cəmiyyət

Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər...

23 Oct 2026, 12:54 2 baxış
Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər...

Yaşıl və Qırmızı xəttlərin ayrılması layihəsi çərçivəsində indiyədək tunelin 63 metr hissəsində qazma işləri icra olunub.


Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.


O qeyd edib ki, Yaşıl və Qırmızı xəttlərin ayrılması layihəsi çərçivəsində ümumi uzunluğu 211 metr olan tunelin qazma prosesinə başlanılıb:


"İndiyə qədər 63 metr hissədə artıq qazma işləri icra olunub. Xətlərin ayrılması ilə bağlı işlər planlı şəkildə, qrafik uyğun olaraq davam etdirilir".


Onun sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması layihəsi kompleks layihədir: "Beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilir və layihə olaraq, layihə bazasında artıq proseslər davam edir. Yəni tender prosesinə hazırlıq mərhələsindədir. Tender qalibi elan olunduqdan sonra tikinti işlərinə başlanılacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər