Dünya

ABŞ öz diplomatlarını Körfəz ölkələrini tərk etməyə çağırdı

22 Oct 2026, 00:24 2 baxış
ABŞ öz diplomatlarını Körfəz ölkələrini tərk etməyə çağırdı
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin bütün əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşlarının ailələrinə də həmin ölkələrdən getmək göstərişi verilib. Qeyd edək ki, daha əvvəl "Reuters" ABŞ Dövlət Departamentinin Körfəz regionundakı bir sıra səfirliklərin bəzi əməkdaşlarının və onların ailələrinin ölkədən çıxarılması barədə göstəriş verməyə hazırlaşdığını yazıb. Agentliyin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, qərar Yəməndəki husilərlə qarşıdurmanın yenidən alovlanması ehtimalı ilə bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər