Dünya
Yük maşınını idarə edən yapon qadın "TikTok"a görə altı nəfərin ölümünə səbəb oldu - Foto/Video
Yaponiyada yük maşını idarə edən Mizue Mizutani altı nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Oxu.Az xəbər verir ki, bu barədə FNN məlumat yayıb.
Ağır qəza Mie prefekturasındakı Şin-Meysin sürət avtomagistralında qeydə alınıb. Prokurorluğun məlumatına görə, qadın sürücü toqquşmadan dərhal əvvəl "TikTok"da videolara baxıb və təxminən 13 saniyə ərzində diqqəti yolda olmayıb. Bu müddət ərzində iritonnajlı yük maşını tıxaca yaxınlaşaraq öndə dayanmış avtomobillərə çırpılıb. Məhkəmə prosesi zamanı M.Mizutani öz günahını tam etiraf edib. Tsu şəhərinin Dairə Məhkəməsi qadını yeddi il müddətinə azadlıqdan məhrum edib. Hakim onun sükan arxasındakı hərəkətlərini son dərəcə məsuliyyətsiz adlandıraraq, ətrafdakıların təhlükəsizliyinə etinasız yanaşdığını vurğulayıb.

Mənbə
oxu.az