Kriminal
Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib. Fotoda Raqif Abbasov
Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin olunub. Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov bir milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər iki şəxsə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Cinayət işi üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi zərərçəkmiş qismində tanınıb. Elgün Həsənli

Mənbə
oxu.az