Siyasət
Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur
Türkiyənin Yeniden Refah Partiyasının sədri Fatih Erbakan Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamalarına görə onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub. Qeyd edək ki, Fatih Erbakan Türkiyənin keçmiş baş naziri Necmettin Erbakanın oğludur.
Mənbə
oxu.az