Siyasət
Elçin Əmirbəyov Brüsseldə NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb - Foto
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsselə işgüzar səfəri çərçivəsində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın NATO nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, konstruktiv şəraitdə keçən görüş zamanı Azərbaycan-NATO əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq istəklərini bir daha təsdiqləyiblər.
Mənbə
oxu.az