İdman

"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı

21 Oct 2026, 02:16 4 baxış
"Sabah" UEFA Çempionlar Liqasının tarixində ilkə imza atdı
"Sabah" klubu UEFA Çempionlar Liqasının tarixində ilkə imza atıb. Oxu.Az bu barədə "OptaJoe"nun "X" sosial şəbəkə hesabına istinadən xəbər verir. Bakı təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl üç matçda start heyətində 11 müxtəlif milliyyəti təmsil edən futbolçuya yer verən ilk komanda olub. "Sabah" UEFA Çempionlar Liqasının ümumi mərhələsində indiyədək "Mançester Yunayted", "Slaviya Praqa" və "Borussiya Dortmund" komandaları ilə qarşılaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər