İdman

"Mançester Siti" AEK-i darmadağın etdi: Çempionlar Liqasında günün nəticələri - Video

21 Oct 2026, 01:08 3 baxış
"Mançester Siti" AEK-i darmadağın etdi: Çempionlar Liqasında günün nəticələri - Video
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində İngiltərənin "Mançester Siti" komandası öz meydanında Yunanıstanın AEK klubu ilə qarşılaşıb. xəbər verir ki, oyun ingilislərin 5:1 hesablı darmadağını ilə başa çatıb.

"Şəhərlilər"in heyətində Fil Foden het-trik edərək matçın qəhrəmanı olub. Mançester təmsilçisinin digər qollarını Elliot Anderson və Rayan Şerki vurublar. Yunanıstan klubunun təsəlli qoluna isə Stavro Pilo imza atıb. Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran "Mançester Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 3 xalı olan AEK isə 26-cı sıradadır. Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

"Fənərbağça" - "Slaviya Praqa" - 2:2; "Sabah" - "Borussiya Dortmund" - 1:2; "Roma" - "Slovan Bratislava" - 4:0; "Portu" - PSV - 0:1; "Liverpul" - "Vilyarreal" - 4:3; PSJ - "Barselona" - 4:2; "Napoli" - "Budyo Qlimt" - 4:3; "Ştutqart" - "Atletiko Madrid" - 1:1.
Mənbə oxu.az