Dünya
"Kennedilərin lənəti" yenidən gündəmdə: Nüfuzlu ailənin üzvü 42 yaşında öldü
ABŞ-nin sabiq baş prokuroru Robert Kennedinin nəvəsi və Prezident Con Kennedinin nəticəsi Kayli Frensis Kennedi 42 yaşında vəfat edib. Oxu.Az "Daily Star"a istinadən xəbər verir ki, Kayli sentyabrın 21-də ABŞ-nin Massaçusets ştatının Vestvud şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Kaylidən 12 yaşlı Konor və 10 yaşlı Deklan adlı iki oğul övladı qalıb. Kaylinin atası Maykl Kennedi 1997-ci il dekabrın 31-də ailəsinin digər üzvləri ilə xizək sürərkən ağaca çırpılaraq faciəli şəkildə həlak olub. Həmin vaxt Kaylinin cəmi 13 yaşı olub. Kayli həyatının son illərində ağır sağlamlıq problemləri ilə üzləşib. O, 2020-ci ildə aldığı onurğa beyni zədəsi nəticəsində uzun müddət iflic vəziyyətində qalıb. Bu hadisədən sonra əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edən fəala çevrilib. Sosial şəbəkə istifadəçiləri onun vəfatı ilə bağlı başsağlığı verərək Kennedi ailəsinin üzləşdiyi faciələri "Kennedilərin lənəti" ilə əlaqələndiriblər.
Mənbə
oxu.az